“Turan Tovuz” “Dinamo”nun futbolçusunu baxışa dəvət etdi Kurban Berdiyev klubun prezidenti…
Sportal.az saytına istinadən Icma.az xəbər verir. "Turan Tovuz" transfer çalışmalarını davam etdirir.
Sportal.az saytına verilən məlumata görə, bölgə təmsilçisi “Dinamo”nun (Maxaçqala) futbolçusu Şamil Hacıyevi baxışa çağırıb.
20 yaşlı yarımmüdafiəçi Kurban Berdiyevin etimadını qazanmağa çalışacaq.
Hacıyev bu mövsüm Rusiya kubokunda 8 matça çıxıb və 1 məhsuldar ötürmə edib. O, Rusiya Premyer Liqasında isə 6 görüşdə meydana çıxıb.
“Smena”nın (Moskva) yetirməsi olan Şamil “Krasnodar”ın aşağı yaş qruplarından ibarət komandalarında da oynayıb.
Hacıyev "Dinamo”nun (Maxaçkala) fəxri prezidenti olan Hacı Hacıyevin oğludur.
saytlarin hazirlanmasi Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu