Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 1 oktyabr, AZƏRTAC
“Turan Tovuz” və Türkiyənin “Fənərbağça” komandaları arasında keçiriləcək yoldaşlıq oyununa maraq böyükdür.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, bu günədək qarşılaşmaya 20 mindən çox bilet satılıb.
Qeyd edək ki, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.