Turan Tovuz heyətini kolumbiyalı futbolçu ilə gücləndirib

08.02.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Misli Premyer Liqası təmsilçilərindən "Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda Hayderson Hurtado Palominonu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı müdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb.

Xatırladaq ki, peşəkar karyerasına Braziliyada başlayan kolumbiyalı futbolçu "Genus", "İtarare", "Azuriz", "Parana", Slovakiyanın "Sered", "Skalitsa" klublarının şərəfini qoruyub.

Qeyd edək ki, Hayderson son olaraq Çexiyanın "Yablonets" komandasında çıxış edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью