“Turan Tovuz” ilk yoxlama oyununa çıxır

19.07.2025

Icma.az bildirir, Idmanxeber.az saytına əsaslanaraq.

“Turan Tovuz” bu gün Türkiyə toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxacaq.

İdmanxeber.az xəbər verir ki, Kurban Berdıyevin komandası Türkiyə 1-ci liqa təmsilçisi “Çorum”la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, “Turan Tovuz”un Bolu toplanışı 6 avqustadək davam edəcək. Komanda Türkiyədə daha 3 yoxlama görüşündə qüvvəsini sınayacaq. Hələlik bölgə təmsilçisi yalnız 1 rəqibinin adını açıqlayıb. “Turan Tovuz” iyulun 29-da İran Pro Liqasının son çempionu “Traktor”la qarşılaşacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью