Turan Tovuz ispan futbolçu transfer etdi RƏSMİ

11.07.2025

Icma.az bildirir, Sportal.az portalına istinadən.

"Turan Tovuz" ispaniyalı yarımmüdafiəçi Roberto Olabe ilə 2 illik müqavilə imzalayıb.

Sportal.az xəbər verir ki, 2018-ci ildə Madrid “Atletiko”sunun heyətində UEFA Superkubokunu başı üzərinə qaldıran Olabe “Eybar”, “Alkorkon”, “Albasete”, “Deportivo”, “Estremadura”, “İbiza” klublarının formasını geyinib.

29 yaşlı futbolçu bir mövsüm Portuqaliyada legioner həyatı yaşayıb. O, “Tondela”nın heyətində 17 oyunda meydana çıxıb.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью