Turan Tovuz Kəpəz in legionerinə elçi düşüb

28.11.2026

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu ilin yayında "Kəpəz"ə keçən Viktor Stina sərgilədiyi oyunla Premyer Liqanın iddialı klublarının diqqətini cəlb edib. Sport24.az-ın əldə etdiyi məlumata görə, elitanın bir neçə təmsilçisi qış "transfer pəncərəsi"ndə moldovalı futbolçunun keçidi ilə bağlı "sarı-göylər"in qapısını döyməyə hazırlaşır.
Lakin "Kəpəz"in Moldova millisinin futbolçusunu komandadan buraxmağa razı olub-olmayacağı hələlik bəlli deyil. Tərəflər arasında mümkün danışıqların necə nəticələnəcəyi qış transfer dönəmində aydınlaşacaq. 

Qeyd edək ki, Stinanın Gəncə klubu ilə müqaviləsinin müddəti cari mövsümün sonuna qədərdir. O, bu mövsüm sarı-göylər"in heyətində  heyətində 11 oyunda meydana çıxıb, 2 qol vurub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью