Turan Tovuz klubu Filip Ozobiçlə anlaşıb

26.07.2025

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

"Turan Tovuz" klubu Azərbaycan millisinin üzvü Filip Ozobiçlə anlaşıb.

"Cebheinfo.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, son olaraq “Neftçi”nin formasını geyinən yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Rusiyada “Spartak”, Xorvatiyada “Hayduk” və “Slaven” klublarında çıxış etmiş F.Ozobiç Azərbaycanda “Qəbələ” və “Qarabağ”da da forma geyinib.

Qeyd edək ki, 33 yaşlı futbolçu 2021-ci ildən şərəfini qoruduğu Azərbaycan millisinin heyətində 15 oyun keçirib və 1 qol vurub.

"Cebheinfo.az" 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью