Turan Tovuz klubunun insult keçirən rəsmisinin vəziyyəti nisbətən yaxşılaşıb

29.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

"Turan Tovuz" klubunun insult keçirən baş meneceri İman Həsənovun vəziyyəti nisbətən yaxşılaşıb.

Bu barədə "Report"a klub rəsmisinin oğlu Sübhan Həsənov məlumat verib.

O, atasının reanimasiyada olduğunu bildirib:

"Atam hazırda reanimasiyadadır və bazar ertəsinə qədər orada qalmalıdır. Lakin əvvəlki günlərə nisbətən durumunu qənaətbəxş hesab etmək olar. Ən azı indi gözünü açıb və ayağını tərpədə bilir. Əsas problem sağ əlində və nitqindədir. Sol beyin yarımkürəsində beyin infarktı aşkarlanıb".

Qeyd edək ki, İman Həsəov iki gün öncə insult keçirib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью