“Turan Tovuz” Kurban Berdıyevlə yolları ayıra bilər

06.10.2026

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Turan Tovuz” futbol komandasında baş məşqçi dəyişikliyi yaşana bilər.

İdmna.Biz football.az-a istinadən xəbər verir ki, bölgə təmsilçisi Kurban Berdıyev ilə yolları ayırmağı ciddi şəkildə nəzərdən keçirir.

Buna səbəb “boz qurdlar”ın təcrübəli mütəxəssisin başçılığı altında gözlənilən oyunu sərgiləməməsidir.

Berdıyevin qarşısına maksimum hədəflər qoyan və istədiyi transferləri edən rəhbərlik komandanın yüksək yerlər uğrunda mübarizə aparacağına inanmır.

Tovuz klubu 74 yaşlı mütəxəssisi hələlik adı açıqlanmayan türkiyəli baş məşqçi ilə əvəzləmək barədə düşünür.

Qeyd edək ki, “Turan Tovuz” hazırda Misli Premyer Liqasında altı turdan sonra 11 xalla dördüncü pillədə qərarlaşıb. “Boz qurdlar” altı matçda cəmi altı qol vurublar.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью