Turan Tovuz la oyun Kəpəz in futbolçusu üçün əlamətdar olub

20.01.2025

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqasının XIX turunda “Turan Tovuz”a qarşı oyun “Kəpəz”in iki futbolçusu üçün əlamətdar olub.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Turan Manafov və Karim Lkoça Gəncə klubunun heyətində ölkə çempionatlarında ilk qollarını vurublar.

Bu qarşılaşmaya qədər “Kəpəz”in 148 futbolçusu rəqib qapısına yol tapıb. Dubl müəllifi olan Turan bu siyahıda 149-cu, Karim isə “Kəpəz” üçün Premyer Liqada qol vuran 150-ci futbolçu olub.

Qeyd edək ki, yalnız üç klubun – “Qarabağ”, “Neftçi” və “Şamaxı”nın heyətində daha çox oyunçu fərqlənib.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью