Turan Tovuz məğlub oldu

03.12.2024

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 finalın növbəti iştirakçısı bəlli olub.

Modern.az xəbər verir ki, 1/8 finalın üçüncü oyununda “Turan Tovuz” doğma meydanda "Sabah"la qarşılaşıb. Oyunun əsas və əlavə vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşdığı üçün penaltilər seriyası keçirilib. Burada daha dəqiq oynayan qonaqlar 1/4 finala yüksəliblər - 3:1.

"Sabah" növbəti mərhələdə "Sumqayıt" - MOİK cütünün güclüsü ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 final mərhələsinə dekabrın 4-də yekun vurulacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью