“Turan Tovuz” millimizin üzvü ilə danışıqlara BAŞLADI

21.08.2025

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu il qarşısına çempionluq hədəfi qoymuş “Turan Tovuz” heyətini gücləndirmək üçün işləri davam etdirir.
Bizim.Media xəbər verir ki, qərb təmsilçisinin danışıq apardığı futbolçulardan biri də Höccət Haqverdidir.
Millimizin də üzvü olan müdafiəçi ilə hazırda tam razılıq əldə etmək hələ ki, mümkün olmayıb.
Əgər o, “Turan Tovuz”un maliyyə şərtlərini qəbul etsə, müdafiəçi ilə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, Höccət Haqverdi son olaraq “Neftçi”də çıxış edib.
Rəşad Rafiqoğlu, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью