“Turan Tovuz” “Neftçi” matçına doğru: iki tərəfdə ciddi itkilər

10.05.2025

Icma.az, Idmanxeber.az portalına istinadən məlumatı açıqlayır.

Misli Premyer Liqasının 34-cü turunda “Turan Tovuz” evdə “Neftçi”ni qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar”da Emil Səfərov, Robert Bauer, Rafael Quzzo, Ramil Şeydayev, Höccət Haqverdi və Yuri Matias zədə səbəbindən, Elvin Camalov isə cəzalı olduğu üçün səfər görüşünü buraxacaqlar.

Tovuz təmsilçisində isə Ayxan Hüseynov cəzalıdır. Şəhriyar Əliyev, Rüfət Əhmədov, Denis Marandiçi və  Joarlem Batista zədə səbəbindən bu görüşdə çıxış etməyəcək.

Qarşılaşma bu gün saat 19:30-da start götürəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью