“Turan Tovuz” “Neftçi”ni qəbul edir

21.12.2024

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

Misli Premyer Liqasında 18-ci turun oyunları davam edir. 

QOL.az xəbər verir ki, bu gün daha iki matç keçiriləcək. 

Əvvəlcə “Turan Tovuz” öz meydanında “Neftçi”ni qəbul edəcək. Bu komandalar arasında ilk dövrədə keçirilən görüşdə qapılara qol vurulmayıb. Hazırda Tovuz klubu 31 xalla turnir cədvəlində 3-cü, “Neftçi” isə 16 xalla 7-ci pillədə qərarlaşıb. Bu matçın nəticəsindən asılı olmayaraq Kurban Berdiyevin komandası qış fasiləsinə üçüncü pillədə yollanacaq. “Turan Tovuz” son 6 çempionat oyununda cəmi 1 qələbə qazanıb. 

“Neftçi” bu matça itkilərlə çıxacaq. Komandanın aparıcı üzvü Emin Mahmudov zədə səbəbindən oyunöncəsi məşqdə iştirak etməyib. Zədədən sonra bərpa dövründə olan Rafael Quzzo, Rəhman Hacıyev və Dembo Darbo isə fərdi məşqlə kifayətləniblər. 

Günün ikinci oyununda “Səbail” “Zirə”ni sınağa çəkəcək. 

Qeyd edək ki, tura sabah keçiriləcək iki qarşılaşma ilə yekun vurulacaq. 

Misli Premyer Liqası

18-ci tur

21 dekabr

16:00. “Turan Tovuz” - “Neftçi”
Hakimlər:
İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Eyyub İbrahimov
Tovuz şəhər stadionu

18:30. “Səbail” - “Zirə”
Hakimlər:
Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
“ASCO Arena”

22 dekabr

14:00. “Şamaxı” - “Sabah”

16:30. “Qarabağ” - “Araz-Naxçıvan”

20 dekabr

“Kəpəz” - “Sumqayıt” - 0:0
 

N Klublar O Q H M T-F X 1 Qarabağ 17 14 2 1 45-7 44 2 Araz-Naxçıvan 17 12 3 2 21-11 39 3 Turan Tovuz 17 8 7 2 23-14 31 4 Zirə 17 8 3 6 27-16 27 5 Sabah 17 6 8 3 26-21 26 6 Sumqayıt 18 6 2 10 15-26 20 7 Neftçi 17 3 7 7 15-26 16 8 Şamaxı 17 3 5 9 13-22 14 9 Kəpəz 18 3 2 13 12-41 11 10 Səbail 17 2 3 12 16-29 9

Bombardirlər:

Felipe Santos ("Araz-Naxçıvan") - 8 qol
Coy Lens Mikels ("Sabah") - 8 qol
Davit Volkov ("Zirə") - 7 qol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью