“Turan Tovuz” “Neftçi”nin futbolçusunu hədəfləyir EKSKLÜZİV

05.03.2025

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

“Turan Tovuz” yeni mövsüm planlarını indidən götür-qoy edir. 

Apasport.az saytına verilən məlumata görə, Qərb təmsilçisi futbolçularla bağlı qərarlaşdırmalar aparır.

Klub hazırki heyətdən bəzi oyunçuları kollektivdə saxlamaq niyyətindədir. Bunlar arasında yerli futbolçular da var.

Belə ki, “bozqurdlar” “Neftçi”dən icarəyə götürdüyü İsmayıl Zülfüqarlı ilə yola davam etmək istəyir. 

Müdafiəçi mövsümün əvvəlində bir sezonluq icarəyə götürülüb. 

Onun “Neftçi” ilə müqavilə müddəti isə 2026-cı il iyunun 30-na qədərdir. Mövsümün sonunda isə məsələ daha da konkretliyini tapacaq. 

Qeyd edək ki, 23 yaşlı futbolçu “Neftçi”nin yetirməsidir.

Elçin Məsiyev Avropa çempionatının final mərhələsinə təyinat alıb Sabiq "Tuluza"lı "Araz-Naxçıvan"da Azərbaycanlı hakimlər Türkiyə millisinin oyununa təyinat alıblar Azərbaycan millisinin keçmiş futbolçusu dələduzluğa görə tutulub "Benfika" – "Barselona" bu kanalda
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью