“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?

12.07.2026

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

“Turan Tovuz” Türkiyə toplanışını davam etdirir. Qərb təmsilçisi iyulun 4-dən qonşu ölkədədi. Tovuzlular ilk iki həftədə Ankaranın Qızılcahamam bölgəsində məşq edəcək, daha sonra Boluya yollanacaq. 4 yoxlama görüşünün keçirilməsi nəzərdə tutulusa da, hələ ki rəqiblərin adı açıqlanmayıb.

“Football-plus.az” bununla bağlı məlumat almaq üçün klubun mətbuat katibi Süleyman Tağıyevlə əlaqə saxlayıb:

“Bir-iki gün ərzində rəqiblərin kimliyini rəsmi şəkildə açıqlayacağıq. Qarşılaşmalar məşqçi heyətinin tələbinə uyğun olaraq seçiləcək”.


İSRAYIL XEYRULLAYEV
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью