Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Qış “transfer pəncərəsi”ndən istifadə edən “Turan Tovuz” heyətini Coş Cinelli ilə gücləndirib.
"Cebheinfo.az" xəbər verir ki, futbolçu ilə 1,5+1 illik müqavilə imzalanıb.
Cinnelli İngiltərənin “Aston Villa” klubunun yetirməsidir və bu ölkədə bir çox klubların şərəfini qoruyub.
Amma maraqlı məqam ondan ibarətdir ki, forvard bir müddət öncə ağır zədə alıb. O, 2023-cü ilin sentyabrında axilles vətərindən zədələnib. 2 il sonra sağalıb meydana qayıtsa da, cəmi 4 oyunda ümumilikdə 45 dəqiqə oynaya bilib.
Daha sonra isə yenidən zədələnib.
Görünən odur ki, bu futbolçu Azərbaycan çempionatında oynamağa yararsızdır. Stadionlarımızn ot örtüklərinin heç də normal olmamasını nəzərə alsaq, Cinellinin daha çox zədələnəcəyini gözləmək olar.
Bəs, klub rəhbərliyi zədəli futbolçu ilə niyə 1,5+1 illik müqavilə razılaşdırıb?
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin