Turan Tovuz növbəti transferini rəsmən açıqladı

10.07.2025

Icma.az, Qol.az saytına istinadən bildirir.

"Turan Tovuz" növbəti transferini gerçəkləşdirib. 

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Bölgə təmsilçisi Abdulla Rzayevi heyətinə qatıb. “Sabah”a məxsus olan cinah müdafiəçisi icarə əsasında "Turan Tovuz"un şərəfini qoruyacaq. “Şamaxı”, “Kəpəz” və “Araz-Naxçıvan”ın da formasını geyinmiş 23 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Turan Tovuz" daha öncə David Oliveyra Tavareşin transferini reallaşdırıb. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью