Turan Tovuz Özbəkistan klubu ilə qarşılaşacaq

12.01.2025

Icma.az, Apasport saytına istinadən bildirir.

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən "Turan Tovuz" bu gün ikinci yoxlama oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, bölgə təmsilçisi Özbəkistanın yüksək liqasında mübarizə aparan "Paxtakor"la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq 

"Turan Tovuz" hazırda Misli Premyer Liqasında 32 xalla 3-cüdür. "Paxtakor" isə ölkə çempionatında 38 xalla 6-cı yeri tutur.

Qeyd edək ki, "Turan Tovuz" Antalyada ilk yoxlama oyununda "Qloriya Bizau" (Rumıniya) ilə qarşılaşıb və 0:2 hesabı ilə uduzub.

Elmar Baxşıyev: "Optimal formaya yaxınlaşacağıq" "Araz-Naxçıvan" "Səbail"i məğlub etdi Juninyo ABŞ-a aparılır - YENİ PLAN “Şamaxı”da növbəti ayrılıq Zamiq oynadı, komandası qələbə qazandı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью