“Turan Tovuz” Özbəkistan millisinin futbolçusunu istədi alınmadı

09.10.2026

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Turan Tovuz" heyətinə daha bir futbolçu qatmaq istəyib. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
Qərb təmsilçisi Özbəkistan millisinin üzvü Otabek Şukurovla maraqlanıb.
30 yaşlı yarımmüdafiəçi Birləşmiş Ərəb Əmirliklərinin "Bani Yas" klubundan ayrıldıqdan sonra azad agent statusu qazanıb. "Turan Tovuz" isə bundan istifadə edərək futbolçu ilə müqavilə imzalamağı planlaşdırıb. Lakin tərəflər arasında razılıq əldə olunmayıb.
Bazar dəyəri 1,5 milyon avro olan Şukurov oktyabrın əvvəlində Serbiyanın "Radnik" klubu ilə müqavilə imzalayıb.
Qeyd edək ki, Otabek Şukurov yayda keçirilən dünya çempionatında Özbəkistan millisinin bütün 3 oyununda meydana çıxıb. Əsasən dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən futbolçu ötən mövsüm "Bani Yas"ın heyətində 21 matçda 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью