Turan Tovuz Paxtakora qarşı

12.01.2025

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən "Turan Tovuz" bu gün ikinci yoxlama oyununa çıxacaq.

Sportal.az xəbər verir ki, bölgə təmsilçisi Özbəkistanın yüksək liqasında mübarizə aparan "Paxtakor"la üz-üzə gələcək.

Qarşılaşmaya Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.

"Paxtakor" Özbəkistan çempionatında 38 xalla 6-cı yerdə qərarlaşıb.

Qeyd edək ki, "Turan Tovuz" Antalyada ilk yoxlama görüşündə "Qloriya Bizau"ya (Rumıniya) 0:2 uduzub.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью