GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Misli Premyer Liqasının XVII turunda “Turan Tovuz” “Sumqayıt“a qalib gəlib.
Globalinfo.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matç tovuzluların 2:1 hesablı qələbəsi ilə bitib.
Qərb təmsilçisinin qollarını Hayderson Hurtado (13) və Rəhim Sadıxov (69) vurublar. “Sumqayıt”ın qolu da Hayderson
Hurtadonun passivinə yazılıb. O, 61-ci dəqiqədə avtoqol müəllifi olub.
“Turan Tovuz” 30 xalla üçüncü sıraya yüksəlib. “Sumqayıt” isə 27 xalla beşinci pillədə qalıb.