Turan Tovuz qələbə qazandı

12.04.2026

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Misli Premyer Liqasının XXVII turunda “Turan Tovuz” “Sumqayıt“ı məğlub edib.

Globalinfo.az xəbər verir ki, qarşılaşma qərb təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Tovuz şəhər stadionunda baş tutan matçda ilk qol 9-cu dəqiqədə vurulub. Ev sahiblərinin heyətində Filip Ozobiç hesabı açıb. 50-ci dəqiqədə fərq iki topa yüksəlib. Joarlem Santos hədəfi düzgün nişan alıb. Qonaqlar buraxılan qollardan birinin əvəzini 64-cü dəqiqədə çıxıb. Rayan Senhadji başla dəqiq oynayıb. Bu qol qarşılaşmanın yekun nəticəsini müəyyənləşdirib.

Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv xallarının sayını 52-yə çatdıraraq üçüncü pillədəki yerini möhkəmləndirib. “Sumqayıt” isə 32 xalla yeddincidir.

Turun əvvəlki matçlarında “Karvan-Yevlax” “Kəpəz”i (4:1), “Neftçi” “Araz-Naxçıvan”ı (2:1), “İmişli” “Qəbələ”ni (1:0) məğlub edib. “Şamaxı” – “Qarabağ” (0:0) və “Sabah” – “Zirə” (2:2) qarşılaşmalarında qalib müəyyənləşməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью