Turan Tovuz qələbəni əldən verdi

18.04.2025

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

Misli Premyer Liqasında növbəti turun açılış oyununda "Araz-Naxçıvan" "Turan Tovuz"la qarşılaşıb.

Xalqcebhesi.az xəbər verir ki, qarşılaşma 1-1 hesabı ilə başa çatıb. Qonaqlar ilk hissədə hesabda önə keçsə də, meydan sahibləri ikinci yarıda tarazlığı bərpa edə biliblər.

“Araz-Naxçıvan” turnir cədvəlində 53 xalla üçüncü pillədə yer alıb. Dördüncü olan “Turan-Tovuz”un 48 xalı var.

Qeyd edək ki, tura aprelin 20-də yekun vurulacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью