“Turan Tovuz” qışdan sonra əsas rəqiblərindən çox xal yığıb

08.05.2025

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Neftçi” ölkə kubokunun yarımfinalında mübarizəni dayandırandan sonra avrokuboklara vəsiqə uğrunda yalnız “Araz-Naxçıvan”, “Turan Tovuz” və “Sabah” yarışır. “Qarabağ”la “Zirə”nin ölkəmizi yayda Avropada təmsil edəcəyinə isə şübhə etməyə dəyməz.

Bəs bu üç komandanın qışdan sonrakı rəqabətində hansı üstündü?
Qış fasiləsindən sonra komandalar 15 oyun keçirib. “Araz-Naxçıvan” 2 qələbə, 10 heç-heçə və 3 məğlubiyyətlə 16 xal toplayıb, 12 top vurub, 13-nü buraxıb. 
“Turan Tovuz” 4 qələbə, 5 heç-heçə və 6 məğlubiyyətlə 17 xal toplayıb. 13 dəfə fərqlənən tovuzlular qapısından 22 top buraxıb. 
“Sabah” 2 qələbə, 9 heç-heçə və 4 məğlubiyyətlə 15 xal əldə edib. Topların fərqi 18-19-du.
Yəni üç komanda üçün kiçik turnir cədvəli qursaq, “Turan Tovuz” 17 xalla 1-ci, “Araz-Naxçıvan” 16 xalla 2-ci, “Sabah” 15 xalla 3-cü pillədə qərarlaşar.
ƏSƏD SEYİDOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью