Turan Tovuz Rumıniya komandası ilə qarşılaşacaq

06.01.2025

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mövsümün ikinci hissəsinə Türkiyədə hazırlaşan “Turan Tovuz”un yoxlama oyunlarındakı rəqibləri bəlli olub.

Klubdan Axar.az-a bildiriblər ki, komanda yanvarın 9-da Rumıniya təmsilçisi “Qloriya Buzau” ilə qarşılaşacaq. Oyun yerli vaxtla saat 17:00-da başlayacaq.

Özbəkistanın "Paxtakor" komandası ilə yanvarın 12-də keçiriləcək ikinci görüş isə yerli vaxtla saat 17:00-da start götürəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью