“Turan Tovuz” Rusiyadan yeni futbolçu gətirir

24.12.2024

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Turan-Tovuz” Rusiyanın "Dinamo" (Mahaçqala) klubunun yarımmüdafiəçisi Anton Kraçkovskini heyətinə qatmağa hazırlaşır. 
Bizim.Media xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi bu qış icarə əsasında Kurban Berdiyevin rəhbərlik etdiyi kollektivə keçəcək. 
Qeyd edək ki, Kraçkovskinin Rusiya klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
ÇSKA(Moskva) klubunun yetirməsi olan rus futbolçu “Kayrat”(Moskva), “Kayrat”(Qazaxstan) klublarında oynayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью