Turan Tovuz rusiyalı qapıçını transfer edib

04.07.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 4 iyul, AZƏRTAC

"Turan Tovuz" komandası yeni qapıçı transfer edib.

Klubdan AZƏRTAC-a bildirilib ki, rusiyalı qapıçı Aleksey Kenyaykinlə 2 illik müqavilə bağlanıb. 27 yaşlı Kenyaykin ilk dəfə legioner həyatı yaşayacaq. 199 santimetr boyu olan qolkiper karyerası ərzində "Orenburq", "Torpedo" (Moskva), "Volqa" (Ulyanovsk) klublarının formasını geyinib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью