“Turan Tovuz” “Sabah” biletlər satışda

21.11.2024

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Premyer Liqanın XIV turunun "Turan Tovuz" – "Sabah" oyununun biletləri satışa çıxarılıb. Sport24.az xəbər verir ki, biletləri bu gündən etibarən Tovuz şəhər stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə edə bilərsiniz.

Qeyd edək ki, 2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.

Oyun 24 noyabr tarixində, saat 17:00-da Tovuz şəhər stadionunda baş tutacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью