“Turan Tovuz” “Sabah” matçının biletləri satışa çıxarıldı

21.11.2024

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Misli Premyer Liqanın 14-cü turunun “Turan Tovuz” – “Sabah” oyununun biletləri satışa çıxarılıb.

Fanat.Az xəbər verir ki, biletləri bu gündən etibarən Tovuz şəhər stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə etmək olar.

2 AZN-lik biletlərlə yanaşı, məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.

Oyun 24 noyabr tarixində, saat 17:00-da Tovuz şəhər stadionunda baş tutacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью