Turan Tovuz Sabah matçının biletləri satışda

21.11.2024

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Premyer Liqanın XIV turunun “Turan Tovuz” – “Sabah” oyununun biletləri satışa çıxarılıb.

Sportal.az xəbər verir ki, biletləri bu gündən etibarən Tovuz şəhər stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə edə bilərsiniz.

Qeyd edək ki, 2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.

Oyun 24 noyabr tarixində, saat 17:00-da Tovuz şəhər stadionunda baş tutacaq.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью