“Turan Tovuz” “Sabah”: Seriya qırılacaqmı?

28.10.2026

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının X turunun açılış oyununda "Turan Tovuz" "Sabah"ı qəbul edəcək. Sport24.az xəbər verir ki, komandalar indiyədək ölkə çempionatlarında 15 dəfə üz-üzə gəliblər.
Bu görüşlərin 8-də Bakı təmsilçisi, 4-də Tovuz klubu qələbə qazanıb. Daha 3 qarşılaşma heç-heçə ilə başa çatıb. Topların nisbətində də "Sabah" üstündür – 23:19.
Maraqlıdır ki, "Sabah" Premyer Liqada "Turan Tovuz"la keçirdiyi son 7 oyunun hamısında qol vurub. Tovuz təmsilçisi isə son 3 matçda xal qazana bilməyib.
Qeyd edək ki, oktyabrın 30-da keçiriləcək qarşılaşma saat 18:30-da başlayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью