Turan Tovuz Sabahla bərabərə qalıb

24.11.2024

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Turan Tovuz" Misli Premyer Liqasında "Sabah"la heç-heç edib.

Bakıvaxtı.az-ın məlumatına görə, Tovuz şəhər stadionunda baş tutan XIV turun oyununda 1:1 hesablı bərabərlik qeydə alınıb.

Görüşdə hesabı meydan sahibləri açıb. 12-ci dəqiqədə Otto Con adını tabloya yazdırıb. "Bayquşlar"a 1 xal qazandıran qolu isə 67-ci dəqiqədə Coy Lens Mikels vurub.

Bu nəticənin ardından Kurban Berdıyevin rəhbərlik etdiyi "Turan Tovuz" 27 xalla üçüncü sırada qərarlaşıb. "Sabah" isə 19 xalla beşincidir.

Qeyd edək ki, ötən gün "Araz-Naxçıvan" "Kəpəz"i iki cavabsız qolla üstələyib. Tura noyabrın 24-də yekun vurulacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью