Turan Tovuz Şamaxı oyunu öncəsi fərqli dizaynda poster hazırlayıb

05.12.2024

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Turan Tovuz" komandası Misli Premyer Liqasının XVI turunda qarşılaşacaqları "Şamaxı" oyunu öncəsi fərqli dizaynda poster hazırlayıb.

Klubdan "Report"a verilən məlumata görə, qərb təmsilçisi üzərində Denis Marandiçinin şəkilləri yer alan afişalar hazırlayaraq oyundan əvvəl şəhərdə insanların sıx olduğu müxtəlif yerlərə vurublar.

"Şamaxı" ilə matçın biletlərini satışa çıxaran klub şəhər və ətraf kəndlərə 100-dən artıq afişa yerləşdirib.

Qeyd edək ki, D.Marandiçi Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Sabah"la keçirilən oyununda ayağından ciddi zədə alıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью