“Turan Tovuz” Şamaxıdan 3 xalla qayıdır

23.02.2025

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Misli Premyer Liqasında XXIV turun növbəti oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, bu mövsüm avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Turan Tovuz” Şamaxıda eyniadlı komandanın qonağı olub. Qarşılaşma Tovuz təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 30-cu dəqiqədə Alek Souza vurub.
Bu nəticədən sonra xallarını 42-yə çatdıran “Turan Tovuz” turnir cədvəlində 3-cü pilləyə yüksəlib. “Şamaxı” isə 21 xalla 8-ci sırada qərarlaşıb.
Qeyd edək ki, tura bu gün keçiriləcək “Zirə” – “Kəpəz” matçı ilə yekun vurulacaq.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью