“Turan Tovuz” “Şamaxı”nı qəbul edəcək

09.12.2024

Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

Bu gün Misli Premyer Liqasında XVI tura yekun vurulacaq.

Metbuat.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma keçiriləcək. “Turan Tovuz” doğma meydanda “Şamaxı”nı qəbul edəcək. Tovuz şəhər stadionunda reallaşacaq görüş saat 19:00-da başlayacaq. Matçı FIFA referisi Kamal Umudlu idarə edəcək.

Turnir cədvəlində Tovuz klubu 27 xalla 3-cü, Şamaxı təmsilçisi isə 13 xalla 7-cı sırada qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Zirə” “Kəpəz”ə 4:0, "Araz-Naxçıvan" "Səbail"ə, “Sumqayıt” isə “Neftçi”yə 2:0 hesabı ilə qalib gəlib, "Sabah" və "Qarabağ" oyunu isə qollu heç-heçə ilə başa çatıb - 1:1.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью