“Turan Tovuz” “Şamaxı”nın, “Zirə” “Kəpəz”in qonağı olacaq

23.02.2025

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulacaq. SİA xəbər verir ki, günün ilk oyununda “Şamaxı” doğma meydanda “Turan Tovuz”u qəbul edəcək. Qarşılaşmanı baş hakim Kamal Umudlu idarə edəcək.

Tovuz təmsilçisi “Şamaxı” ilə keçirilən bütün oyunlarda qol vurub, həmçinin səfərdə məğlub olmayıb.

“Turan Tovuz” hazırda 39 xalla 4-cü, “şirlər” isə 21 xalla 8-ci pillədə qərarlaşıb.

Turun son görüşü “Kəpəz” və “Zirə” arasında olacaq. Tovuz şəhər stadionda keçiriləcək oyunda ədaləti Rauf Cabarov qoruyacaq.

Gəncə klubu “qartallar”ı son 14 oyunda məğlub edə bilməyib, axırıncı 4 oyunun hamısında isə uduzub.

“Kəpəz” 19 xalla 9-cu, “Zirə” isə 42 xalla 3-cü pillədədir.

Qeyd edək ki, turun digər oyunlarında “Neftçi” evdə “Sumqayıt”ı 1:0 məğlub edib, “Araz-Naxçıvan” “Səbail”lə 0:0, “Qarabağ” “Sabah”la 1:1 hesablı heç-heçəyə razılaşıb.

Azərbaycan Premyer Liqası
XXIV tur
23 fevral

14:30. "Şamaxı" – "Turan Tovuz"
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Kamran Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Şamaxı şəhər stadionu

17:00. "Zirə" – "Kəpəz"
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Elçin
Məsiyev
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Zirə İK stadionu

WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər xəbərlər

İdman

Almaniya Bundesliqası: “Bayer”dən səfər qələbəsi, “Borussiya”dan darmadağın

İdman

İngiltərə Premyer Liqası: “Arsenal” evdə, “Çelsi” səfərdə uduzub

İdman

17 yaşlı rusiyalı Dubayda keçirilən WTA turnirinin qalibi olub

İdman

Misli Premyer Liqası: “Qarabağ” “Sabah”la heç-heçə edib

İdman

Bakıdakı Dünya Kuboku gimnastlar üçün sınaq xarakteri daşıyır

İdman

VI İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi vaxt müəyyənləşib

İdman

Premyer Liqa: "Mançester Yunayted" növbəti dəfə xal itirib

İdman

Kabayeva məşqçi dəyişikliyinə münasibət bildirib...

İdman

“Araz-Naxçıvan” autsayderlə oyunda xal itirib

İdman

Azərbaycanın iki gimnastı Dünya Kubokunun finalına vəsiqə qazanıb

İdman

İslam Həmrəylik Oyunlarının vaxtı AÇIQLANDI

İdman

Gimnastımız Dünya Kubokunda yarımfinala yüksəldi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью