“Turan Tovuz” səfərdə xal itirdi

09.11.2024

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Futbol üzrə Misli Premyer Liqasında XIII turun növbəti oyunu keçirilib.

Modern.az xəbər verir ki, günün ikinci matçında "Səbail" doğma meydanda "Turan Tovuz"u qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 25-ə çatdıran Tovuz təmsilçisi ikinci, Bakı klubu isə 7 xalla doqquzuncu pillədə qərarlaşıb.

Turun ilk qarşılaşmasında "Neftçi" "Şamaxı" ilə 2:2 hesablı heç-heçəyə razılaşıb.

Qeyd edək ki, turun digər oyunları noyabrın 9-10-da təşkil olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью