Turan Tovuz Şəmkir və Neftçi nin göstəricisini təkrarlayıb | Icma.az
Cbcsport saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Turan Tovuz" Azərbaycan çempionatında "Şəmkir" və "Neftçi"nin göstəricisini təkrarlayıb.
Bölgə təmsilçisi buna Misli Premyer Liqasının XX turunda "Qarabağ"a qalib gəlməklə (2:1) nail olub.
Ağdam klubunun çempionatdakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb.
IV turun 2024-cü il avqustun 24-də keçirilən matçında “Turan Tovuz”la ev matçında 0:1 hesabı ilə uduzan "köhlən atlar" yenə eyni rəqibə məğlub olub Ardıcıl 16 qarşılaşmadan xalla ayrılan ölkə çempionu yenə evdə yenilib.
“Turan Tovuz” “Qarabağ”la eyni mövsümün hər iki səfər görüşündə 3 xal qazanan 3-cü komanda olub.
2001/2002 mövsümündə “Şəmkir” (3:1, 2:0), 2020/2021 mövsümündə “Neftçi” (2:1, 2:1) Ağdam klubunun meydanında 6 xal əldə edib.
Qeyd edək ki, ölkə çempionatları 2013/2014 mövsümündən 4 dövrədə keçirilir.
Tam oxu
Xəbəri oxu