Turan Tovuz” Stiv Beusnardla müqavilə imzaladı

21.07.2026

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Turan Tovuz” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

İdman.Biz xəbər verir ki, bu barədə “Turan Tovuz” Futbol Klubu məlumat yayıb.

Bildirilib ki, komanda fransalı yarımmüdafiəçi Stiv Beusnardı heyətinə qatıb. “Monpelye”nin yetirməsi olan 34 yaşlı futbolçu ilə iki illik müqavilə imzalanıb.

Stiv Beusnard son olaraq Fransanın “Pau” komandasında çıxış edib. O, ötən mövsüm Fransa Liqa 2-də 27 oyunda meydana çıxıb. Futbolçu karyerası ərzində ölkəsində “Bezye” və “Ayaçço” klublarının da formasını geyinib.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью