Turan Tovuz Sumqayıt a qalib gəldi, 3 cü yerə yüksəldi

25.01.2026

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Misli Premyer Liqasının XVII turunda "Turan Tovuz" "Sumqayıt"a qalib gəlib.

Qaynarimənfo xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matç tovuzluların 2:1 hesablı qələbəsi ilə bitib.

Qərb təmsilçisinin qollarını Hayderson Hurtado (13) və Rəhim Sadıxov (69) vurublar. "Sumqayıt"ın qolu da Hayderson

Hurtadonun passivinə yazılıb. O, 61-ci dəqiqədə avtoqol müəllifi olub.

"Turan Tovuz" 30 xalla üçüncü sıraya yüksəlib. "Sumqayıt" isə 27 xalla beşinci pillədə qalıb.

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "İmişli" "Araz-Naxçıvan"la (2:2), "Neftçi" isə "Zirə" (0:0) ilə heç-heçə edib. "Qəbələ" "Şamaxı"nı (4:0), "Kəpəz" "Qarabağ"ı (2:0) məğlub edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью