“Turan Tovuz” “Sumqayıt”a, “Sabah” “Karvan Yevlax”a qarşı

25.01.2026

Qol.az saytına istinadən Icma.az xəbər verir.

“Turan Tovuz” “Sumqayıt”a, “Sabah” “Karvan-Yevlax”a qarşı

Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 17-ci tura yekun vurulacaq. 

QOL.az xəbər verir ki, günün ilk matçında “Turan Tovuz” “Sumqayıt”la üz-üzə gələcək. Tovuz stadionunun qazonu hazır vəziyyətdə olmadığı üçün Sumqayıtda keçirilən bu görüşdə nominal meydan sahibi “Turan Tovuz” olacaq. 

Hazırda hər iki komandanın aktivində 27 xal var. Bu matçda qələbə qazanacaq kollektiv turnir cədvəlində “Zirə”ni geridə qoyaraq üçüncü pilləyə yüksələcək. İlk dövrənin matçında “Turan Tovuz” səfərdə “Sumqayıt”ı 3:0 hesabı ilə məğlub edib. 

Turun son matçında isə lider “Sabah” “Karvan-Yevlax”ı qəbul edəcək. Paytaxt klubu hazırda 37 xalla birinci, Yevlax təmsilçisi isə 6 xalla sonuncu pillədədir. “Sabah” bu gün qələbə qazansa, ən yaxın izləyicisi “Qarabağ”la xal fərqini 4-ə çatdıracaq. Bu komandalar arasında ilk dövrədə baş tutan görüşdə “Sabah” rəqibini 2 cavabsız qolla üstələyib. 

25 yanvar (bazar) 

16:00. “Turan Tovuz” - “Sumqayıt”  
Hakimlər:
Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Fərid Hacıyev
VAR: Cavid Cəlilov
AVAR: Zöhrab Abbasov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

18:30. “Sabah” - “Karvan-Yevlax”
Hakimlər:
Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Tural Qurbanov
VAR: Əli Əliyev
AVAR: Şirmamed Mamedov
“Bank Respublika Arena”

23 yanvar (cümə)

“İmişli” - “Araz-Naxçıvan” - 2:2

“Neftçi” - “Zirə” - 0:0

24 yanvar (şənbə)

“Şamaxı” - “Qəbələ” - 0:4

“Qarabağ” - “Kəpəz” - 0:2

Bombardirlər:

Coy-Lens Mikels (“Sabah”) - 9 qol

Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol

Toral Bayramov (“Qarabağ”) - 7 qol

Bassalu Sambu ("Neftçi") - 6 qol

Karim Rossi ("Şamaxı") - 6 qol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью