Turan Tovuz Türkiyədə heç heçə etdi

19.07.2025

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Turan Tovuz" bu gün Türkiyə toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.

QOL.az xəbər verir ki, Kurban Berdıyevin komandası Türkiyə 1-ci liqa təmsilçisi "Çorum"la qarşılaşıb. Görüş 1:1 hesabı ilə yekunlaşıb. Tovuz təmsilçisinin qolunu 37-ci dəqiqədə Roderik Miller vurub.

Qeyd edək ki, "Turan Tovuz"un Bolu toplanışı 6 avqustadək davam edəcək. Komanda Türkiyədə daha 3 yoxlama görüşündə qüvvəsini sınayacaq. Hələlik bölgə klubu yalnız 1 rəqibinin adını açıqlayıb. "Turan Tovuz" iyulun 29-da İran Pro Liqasının son çempionu "Traktor"la qarşılaşacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью