Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 17 dekabr, AZƏRTAC
“Turan Tovuz” futbol komandasının qış təlim-məşq toplanışını keçirəcəyi ölkə müəyyənləşib.
Klubdan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, bölgə təmsilçisi mövsümün ikinci hissəsinə Türkiyədə hazırlaşacaq.
Komanda yanvarın 4-dən 18-dək Antalya şəhərində məskunlaşacaq. Burada iki yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.