Turan Tovuz Türkiyəyə gedir 4 oyun

29.06.2025

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Turan Tovuz"un yay hazırlıq planı bəlli olub.

QOL.az klubun mətbuat xidmətinə istinadən komanda iyulun 1-də Hünər təlim-məşq bazasında  çalışmalara start verəcək.

Təlim-məşq toplanışının ilk hissəsini Bakıda keçəcək Tovuz təmsilçisi iyulun 6-da Türkiyəyə yola düşəcək. Ankaranın Qızılcahamam bölgəsindəki “Çam Otel”də məskunlaşacaq komanda iyulun 19-dək məşqlərini burada davam etdirəcək.

Türkiyə toplanışının ikinci mərəhələsi isə Bolu bölgəsində həyata keçiriləcək. Bolu toplanışı 24 iyul – 6 avqust tarixləri arasında olacaq. Baş məşqçi Kurban Berdıyev Türkiyə toplanışı çərçivəsində 4 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək. Rəqiblərin kimliyi və oyunların tarixləri barədə əlavə məlumat veriləcəyi bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью