Turan Tovuz turun açılış matçına neçə itki ilə çıxacaq? AÇIQLAMA

25.04.2025

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misli Premyer Liqasının (MPL) 32-ci turunun açılış oyununda bu gün "Şamaxı"nı qəbul edəcək "Turan Tovuz" oyuna tam heyətlə çıxa bilməyəcək.

Bunu Fanat.Az-a açıqlamasında "boz qurdlar"ın sözçüsü Süleyman Tağıyev deyib.

"Cəzalı oyunçumuz yoxdur. Denis Marandiçi ilə Joarlem Santos üçün mövsüm erkən bitibsə, Rüfət Əhmədov və Şəhriyar Əliyev zədə səbəbindən "Şamaxı"ya qarşı oynaya bilməyəcəklər".

Qeyd edək ki, "Turan Tovuz" - "Şamaxı" matçı 19:00-da start götürəcək. 31 oyuna 48 xal toplayan Tovuz təmsilçisi MPL-in tunrir cədvəlində 4-cü, "aslanlar" isə (34 xal) 7-ci pillədə mövqe tutub.

Nihat

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью