futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
Yeni mövsümün hazırlıqlarını Türkiyənin Ankara şəhərində davam etdirən “Turan Tovuz” bu gün növbəti yoxlama matçını keçirib.
Futbolpress.az xəbər verir ki, Qurban Berdiyevin baş məşqçisi olduğu kollektiv Türkiyənin 1-ci liqasında çıxış edən “İğdır”la üz-üzə gəlib.
Qarşılaşma Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda qələbə qoluna Jo Batista imza atıb.
“Turan Tovuz” Türkiyə toplanışı çərçivəsində daha əvvəl İranın U-21 yığması və “Fatih Karagümrük”lə sınaq matçlarına çıxıb. Hər iki qarşılaşmada 1:1 hesabı qeydə alınıb.