Turan Tovuz un adı dəyişir Klub AFFAya müraciət etdi

19.12.2024

Manset saytına istinadən Icma.az xəbər verir.

"Turan Tovuz" klubu adının dəyişdirilməsi üçün AFFA-ya müraciət edib. Müraciətə qurumun İcraiyyə Komitəsinin dekabrın 17-də keçirilən iclasında baxılıb".

Manset.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli açıqlama verib. 

Klub əvvəlki adının - "Turan"ın bərpası xahişi ilə quruma müraciət edib.

Qurum rəsmisinin sözlərinə görə, İK-nin iclasında bu müraciətə baxılıb və məsələyə müsbət yanaşılıb.

"Bununla bağlı hüquqi prosedurlar araşdırıldıqdan sonra kluba AFFA tərəfdən rəsmi cavab veriləcək" - deyə E.Məmmədli əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью