Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
"Turan Tovuz"un Antalyadakı rəqibləri müəyyənləşdi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Mövsümün ikinci hissəsinə Türkiyədə hazırlaşan "Turan Tovuz"un yoxlama oyunlarındakı rəqibləri bəlli olub.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yanvarın 10-da "Turan Tovuz" Rumıniya təmsilçisi “Hermanştadt”la qarşılaşacaq. Yanvarın 17-də keçiriləcək ikinci oyunda isə rəqib Polşa təmsilçisi “Poqon” olacaq.
Oyunların başlama saatı ilə bağlı hələlik məlumat verilməyib.
Qeyd edək ki, Tovuz təmsilçisi yanvarın 18-dək məşqlərini Antalyada davam etdirəcək.