Turan Tovuz un futbolçusu Azərbaycan çempionatında keçirdiyi 200 cü oyununu dəyərləndirib

22.01.2025

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Turan Tovuz"un futbolçusu Xəyal Nəcəfov Azərbaycan çempionatında keçirdiyi yubiley - 200-cü oyununu dəyərləndirib.

27 yaşlı yarımmüdafiəçi "Report"a açıqlamasında onun üçün əlamətdar sayılan Misli Premyer Liqasının XIX turunun "Kəpəz"lə görüşündə məğlubiyyətə təəssüfləndiyini bildirib.

"Təəssüf ki, yubiley oyunumda məğlubiyyətlə üzləşdim. Buna görə çox üzgünəm. İnşallah, növbəti görüşlərdə qələbə qazanarıq", - deyə, X.Nəcəfov söyləyib.

Qeyd edək ki, Tovuz şəhər stadionunda baş tutan görüşdə "Turan Tovuz" Gəncə klubuna 2:5 hesabı ilə məğlub olub. Debütü 2014/2015 mövsümündə "Sumqayıt"da gerçəkləşən futbolçu meydana çıxdığı 200 oyunda 6 qol vurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью